Aziz Yıldırım TFF-nin toplantısında dava saldı
Paylaş
"Fənərbaxça"nın prezidenti həmkarına yumruq atdı
Türkyiə Futbol Federasiyasının dünən Ankarada keçirilən maliyə toplantısında qalmaqal baş verib. CimBom.Az xəbər verir ki, qalmaqal "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımla "Siirtspor"un rəhbəri Fadıl Akgündüz arasında baş verib.
Hadisəyə səbəb Fadıl Akgündüzün Aziz Yıldırım və TFF prezidenti Mahmut Özgenerə qarşı sərt fikirlər səsləndirməsi olub. "Siirtspor"un prezidenti aşağı dəstə klublarının gəlirlərinin aşağı düşməsindən narahılıq edib: "Tox acın halından nə anlar? Sizin qarnınız toxdur" deyib. Aziz Yıldırımın isə ona cavabı belə olub: "Tərbiyəsizlik etmə. Ayıbdır, rədd ol burdan. Utanmırsan!"
Bundan sonra iki klub rəhbəri arasında dartışma başlayıb. Hətta iddialara görə, Aziz Yıldırım Fadıl Akgündüzün boğazını əli ilə sıxıb və qarnına yumurq vurub.
Oxunub: 84 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax