Rəsmi xəbər: «Qalatasaray» Podolskiyə təklik göndərib
Paylaş
Menecer Kon Şkramm: "Onu İtaliyanın "Yuventus" və "Milan", Türkiyənin isə "Qalatasaray" klubları istəyir"
"Qalatasaray"ın dünya üçüncüsü Almaniya yığmasının üzvü Lukas Podolskini transfer etmək istəməsi ilə bağlı xəbərlər rəsmən təsdiqlənib. CimBom.Az xəbər verir ki, bu barədə Polşa əsilli almaniyalı futbolçunun meneceri Kon Şkramm məlumat verib.
"Lukas Podolskini İtaliyanın "Yuventus" və "Milan", Türkiyənin isə "Qalatasaray" klubları istəyir", deyə menecer bildirib.
Lakin İtaliya mətbuatı "Milan"ın bu transferi reallaşdırmaq gücündə olmadığını yazıb. Yerli medianın xəbərinə görə, maliyyə böhranında olan milanlılar Ronaldino və Huntelaarı satmadan Podolskini ala bilməz. Bu amil isə istənilən halda, "Qalatasaray"ın işinə yarayacaq. Çünki "Cim-Bom" Ronaldinyonu da transfer etməyə çalışır. "Milan" Podolskini almaq üçün braziliyalıdan vaz keçsə, o zaman "Qalatasaray" onu asanlıqla heyətinə qatacaq. Əks halda, "Aslan"ın işi Podolski transferində asanlaşacaq.
Oxunub: 114 dəfə. Şərhlər: 1
Bu xəbərə fikir bildir və ya şərhlərə bax