"Bank Asiya"da daha bir azərbaycanlı futbolçu
Paylaş
"Çaykur Rizəspor" azərbaycan əsilli Hollandiya vətəndaşını baxışa çağırdı
Türkiyənin Bank Asiya 1-ci liqasında daha bir azərbaycanlı futbolçu çıxış edəcək. CimBom.az xəbər verir ki, "Çaykur Rizəspor" klubu İnam Quliyevi baxışa çağırıb.
Doğan Xəbər Agentliyinin xəbərinə görə, bu futbolçu Azərbaycandan yox, Hollandiyadan çağırılıb. Hollandiya vətəndaşı olan həmyerlimizin "Çaykur Rizəspor"dan qalıb-qalmayacağı yaxın günlərdə müəyyənləşəcək. İnam Quliyevin Türkiyəyə hansı klubdan gəlməsi barədə heç bir məlumat verilmir.
"Çaykur Rizəspor"un baxışa çağırdığı futbolçular arasında Çingiz Vəziyev ad-soyadlı daha bir futbolçu var. Lakin onun milli kimliyi ilə bağlı heç bir məlumat verilmir.
Qeyd edək ki, hazırda Bank Asiya liqasında 5 futbolçumuz çıxış edir. İlqar Qurbanovla Ernani Pereyra "Mersin İdman Yurdu"nun, Vitali Kovalyov "Kartalspor"un, Rəhman Hacıyev "Altay"ın, Anatoli Ponomaryov isə "Orduspor"un formasını geyinir.
Oxunub: 86 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax