"UltrAslan-Azərbaycan" "KomandA"nı uddu, "Xəzər TV"yə yenildi
Paylaş
Ceyhun Əzizli "qırmızı" aldı, "KomandA" futbol qaydalarını pozdu
"UltrAslan-Azərbaycan" dərnəyinin futbol komandası növbəti oyunlarını keçirib. Komandamız "KomandA" qəzetini və "Xəzər TV" ilə qarşılaşıb.
"KomandA" qəzeti 0:9 hesabı ilə məğlub olub. "Qəzetçilər" məğlub olduqları oyunda idman qaydalarını pozmağı da unutmayıblar. Belə ki, qarşılaşmanın gedişində hakimin nəzərindən yayınaraq, meydana bir oyunçu artıq buraxıblar. Həmin oyunçu təxminən 10 dəqiqə meydanda olub və daha sonra oyunu tərk edib.
Çox təəssüf ki, komnadamız "Xəzər TV" ilə görüşdə meydanı məğlubiyyətlə tərk edib. Ceyhun Əzizlinin qırmızı vərəqə aldığı oyunda rəqib 1:0 hesabı ilə qələbə qazanıb.
Oxunub: 521 dəfə. Şərhlər: 2
Bu xəbərə fikir bildir və ya şərhlərə bax