İbrahim Toraman "Aslan" olacaq
Paylaş
Reha Muxtar: "Qalatasaray" onun istədiyi pulu ödəməyə hazırdır"
"Beşiktaş"ın əsas oyunçularından olan İbrahim Toraman "Qalatasaray"ın formasını geyinə bilər. "Vətən" qəzetinin xəbərinə görə, belə bir iddia ilə tanınmış türk yazar Reha Muxtar çıxış edib.
"Kanaltürk"də yayınlanan "Son Kale" proqramında çıxış edən yazarın sözlərinə görə, Toraman "Qalatasaray"ın hədəfindədir: "Toraman həm savaşcı, həm fədakar, həm də gələcəyi parlaq olan futbolçudur. Üstəlik də hələ 28 yaşı var və mövsümün sonunda müqaviləsi başa çatacaq. Toraman 3 il daha "Beşiktaş"da qalmaq istəyir. Rəhbərliklə menecri Ahmet Bulut danışıqlar aparır. Mən onun "Beşiktaş"dan ayrılmaq istəmədiyini bilirəm. Ancaq onun istəyi 4 milyon lirədir (təxminən 2 milyon manat). "Beşiktaş" isə ona 3 milyonda təklif etmir. Bu fərqi necə qapadacaqlar. Toramanın başqa bir problemi də var. Hər oyuna görə maaş alır. Ötən mövsüm bitəndən sonra əməliyyat olundu və bu səbəbdən mövsümün əvvəlində 13 oyunu buraxdı. Rəhbərlik oynamadığı oyunların pulunu vermədi. Halbuki, Delqado 1 mövsümdür oynamır, amma 2,5 milyonu alıb cibinə qoyur. Holosko da zədəli olduğu dövrdə pulunu alıb. Toraman bu pulun ödənməsini istəyir. Rəhbərlik isə vermir. İbrahimin Avropadan təklif aldığı deyilir. Amma bunların hamısı hekayədir. Çox önəmli bir qaynaqdan aldığım bilgiyə görə, ötən mövsüm Gökhan Zanı alan "Qalatasaray" Toramanın meneceri ilə görüşmələr başlayıb. "Beşiktaş"la anlaşa bilməsə o da "Qalatasaray"a üz tutacaq. "Qalatasaray" Toramanın istədiyi pulu ödəməyə hazırdır".
Oxunub: 355 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax