|
Seçdiklərimiz
22-02-2010 Bu gün Superliqada lider dəyişə bilər
Paylaş
"Trabzonspor" evdə xal itirdi Türkiyə Superliqasında XXII turun oyunları davam edir. "Beşiktaş"la "Qalatasaray"ın heç-heçə oynadığı həftədə "Sivasspor" qələbə qazanıb. Sivas təmsilçisi doğma meydanda "Manisaspor"u yenib - 1:0.Son dövrlər uğurlu çıxışı ilə diqqəti çəkən "Trabzonspor" xal itirib. Şenol Günəşin yetirmələri evdə "İstanbul BB" ilə "sülh" bağlayıb - 0:0. Tura bu gün yekun vurulacaq. "Fənərbaxça" liderlər qrupunda "Bursaspor"u sınağa cəkəcək. Hazırda turnir cədvəlinə 47 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədəki "Fənərbaxça"nın 45, üçüncü yerdəki "Kayserispor"un 42, "Bursaspor"un 40, "Beşiktaş"ın isə 39 xalı var. "Bursaspor"la "Beşiktaş" bir oyun az keçirib. "Fənərbaxça" lider olmaq üçün bu gecə "Bursaspor"u məğlub etməlidir. Türkiyə Oxunub: 259 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|


