Baş səhifə

  • Bu günün xəbərləri
  • Flaş xəbər
  • Fotoreportaj
  • "Qalatasaray" xəbərləri
  • Avropa Liqası
  • "UltraAslan-Azərbaycan" dərnəyi
  • Azərbaycan futbolu
  • Türkiyə futbolu
  • Dünya futbolu
  • Video xəbər
  • ARAŞDIRMA

Turnir cədvəli

o q h m t x

Foto Reportaj


  • 21.07.2010 «UltrAslan-Azərbaycan»dan «Qarabağ»a dəstək - FOTOLAR
   Bütün fotoreportajlar

Arxiv:

  « »

Həftənin xəbər hiti:

  • Rəsmi xəbər: Yan Polak "Qalatasaray"da
  • "Qalatasaray"dan Ben Arfa bombası
  • «Qalatasaray»ın yeni formaları təqdim olundu - FOTOLAR
  • Ali Sami Yenin ölümündən 59 il ötür
  • Haldun Üstünel "Qalatasaray"dan getdi
  • Samir Əliyev "Simurq"da oynayacaq
  • İngiltərə və Qana yığmasının üzvləri "Qəbələ"də
  • "Bakı" rəhbərliyi tam tərkibdə istefa verdi
  • "Xəzər Lənkəran"ın qapıçısı "Simurq"da
  • "Fənərbaxça"nın prezidenti şübhəli şəxs qismində ifadə verdi

Abunə

RSS Feeds RSS nədir?

Reytinq

Seçdiklərimiz

Flavinyo "Neftçi"də oynayacaq «Əynimizdə «Qalatasaray» forması, ürəyimizdə vətən sevgisi var» - MÜSAHİBƏ

04-02-2010

"Qalatasaray"ın sayəsində futbol oynamaqdan zövq almağa başladım"

Paylaş
Harri Kyuell: "Burda sanki yenidən doğuldum"

"Qalatasaray"ın avstraliyalı futbolçusu Harri Kyuellin müsahibəsi

- Türkiyədən fərqli olaraq, Avstraliyada “idman liseyi” sistemi var. Sən də bir idman liseyinin ("Westfields Sports High School") məzunusan. Bu sistem necə işləyir?

- Orada təkcə dərslərlə məşğul olmursan, eyni zamanda idmançı kimi də yetişirsən. Məsələn, səhər 7:30-da məktəbə gedirdim. 9-a qədər məşq keçirdim. Sonra dərsə girirdim. Bir neçə dərsdən sonra yenidən məşq edirdim. Gördüyünüz kimi, həm dərslərimi keçirdim, həm də futbol səviyyəmi artırırdım. Bu sistem sayəsində Avstraliyada müxtəlif idman növlərində ulduzlar kəşf edildi.
- Bəs idman institutuna getmədin?
- Əslində, müraciət etmişdim. Amma mənim oraya qəbul olunacaq qədər yaxşı olmadığımı dedilər. Hazırda Avstraliya yığmasının formasını geyinən əksər futbolçular həmin institutu bitiriblər.
- Necə oldu ki, kəşf edildin?
- 10 yaşımda “Markoni” klubunda oynayırdım. Hər gün günortadan sonra da Devid Linin rəhbərliyi altında məşqlər edirdim. 15 yaşımda “Big Brother Movement”in sayəsində İngiltərəyə getmək imkanı əldə etdim. Həmin şirkət o vaxtlar avstraliyalı gənclərin başqa ölkələrə yollanmalarına şərait yaradırdı. Bu, təkcə futbola aid deyildi. Həmçinin rəssamlar, musiqiçilər və digər sahədə özünü sınayanlar da həmin şirkətin köməkliyi ilə xaricə yollanırdılar. Brett Emertonla birlikdə mən də xoşbəxt 6 nəfərdən biri oldum. İngiltərədə “Lids” klubunun düşərgəsində 1 ay qalmaq imkanı qazandım. Məni oraya baxışa deyil, sadəcə bir ay müddətində İngiltərə futbolunun ləzzətini almaq üçün göndərmişdilər. Lakin həm mən, həm də Emerton ingilisləri heyran etdik. Bizimlə müqavilə bağlamaq istədilər. Mən imzaladım, amma Emerton Avstraliyaya qayıtmağı üstün tutdu.
- Sonradan “Lids”lə birlikdə sən də yüksəlişə keçdin. Amma komanda gözlənilmədən aşağılara yuvarlanmağa başladı. Bunun səbəbi nə oldu?
- Həqiqətən də, həmin vaxt “Lids”in heyəti çox güclü idi. Corc Qraham və Devid O'Lirinin rəhbərliyi altında böyük uğurlara imza atdıq. Amma yaxşı hekayələrin sonu yaxşı olmur.
- Peter Ridsdalın uğursuz rəhbərliyi sayəsində komanda çökdü?
- Əlbəttə ki, o da sərfəli təkliflər gələndə Rio Ferdinand kimi bir neçə futbolçunu satmaq məcburiyyətində qaldı. “Lids”dən ayrılan futbolçular da zəngin karyera qurdular. Bizdə kollektivçilik o qədər yüksək səviyyədə idi ki, məşqçi amili elə də rol oynamırdı.
- Corc Qraham, Devid O'Liri, Rafael Benites, Frank Raykard kimi fərqli xarakterli məşqçilərin rəhbərliyi altında oynamısan. Onlardan nələr götürdün?
- O zaman O'Liridən başlayım. Ondan heç nə öyrənmədim. “Lids”li futbolçular üçün ən çox işi Corc Qraham gördü. O həm təcrübəsi, həm də insani keyfiyyətləri ilə mənə çox şey qazandırdı. “Liverpul”da isə Benites kimi səviyyəli məşqçi ilə çalışmaq imkanı qazandım. çox təəssüf ki, “Lids”dəki parlaq çıxışımı orada davam etdirə bilmədim. Bununla belə, Benites hər zaman mənə dəstək verdi. İndi isə futbolçu ikən heyran olduğum bir məşqçi ilə işləyirəm. Raykardın futbol anlayışına vurğunam. Raykaard və “Qalatasaray”ın sayəsində futbol oynamaqdan yenidən zövq almağa başladım.
- “Liverpul”dan ayrılıb buraya gəlməyə tərəddüd etdiyini bilirik. İstanbula ayaq basdığın an hava limanındakı qarşılıqlıq zamanı nələr hiss etdin?
- Bəli, bəzi tərəddüdlərim var idi. Amma “Qalatasaray” mənimlə şərtsiz maraqlanırdı. Ailəmlə də məsləhətləşdikdən sonra buraya gəlməyi qərara aldım. Hava limanındakı qarışıqlıq məni çox duyğulandırdı. Onsuz da Türkiyədə olduğum ilk gündən bəri hər şeydən zövq alıram. Sanki “Qalatasaray”da yenidən doğuldum.
- Avstraliya və İngiltərə mədəniyyətinin təmsilçisi kimi “Qalatasaray”ın pəncərəsindən Türkiyə futboluna baxanda nələr düşünürsən?
- Futbol hər yerdə eynidir. “Qalatasaray”a böyük sərmayə qoyulur. Təbii ki, Avropada titullar əldə etmək üçün. Eynən İngiltərədə “Mançester Yunayted”, “Liverpul” və “Arsenal”ın etdiyi kimi. Türkiyə dünyanın ən gözəl azarkeş ordusuna sahib ölkələrdən biridir. “Elland Road” və “Enfild Roud”da möhtəşəm azarkeş kütləsinin önündə oynamaq əla idi. “Qalatasaray”ın azarkeşləri də öz işlərinin peşəkarlarıdır, amma...
- Amma nə?
- Türkiyədə futbola fərdlərin gözü ilə baxırlar. Burada insanlar futbolu sadəcə iş kimi düşünmürlər. Qələbəni qürur və onur məsələsi halına gətirirlər.
- Türkiyəyə gələn əcnəbiləri iki hissəyə bölürlər. Bəziləri gəlib pulunu alır, işini görüb gedirlər. Sənin kimiləri isə eyni zamanda komandası üçün qayğılanır, oradakı gənclərə bir şey öyrətməyə çalışırlar. Bu xüsusiyyətinə görə də Türkiyədə hamı səni sevir...
- Mənim haqqımda belə düşündüyünüz üçün təşəkkür edirəm. Mən “Lids”də olanda təcrübəli futbolçular gəlib biz gənclərlə söhbət edir, kömək etməyə çalışırdılar. Mən də indi yardıma ehtiyacı olan gənclər üçün əlimdən gələni etməyə çalışıram. Bu yolu onlardan əvvəl keçdiyim üçün bəzi məsləhətlər verirəm. Əsas eyni gəminin içində olmağınız, gənc, yaşlı anlayışını düşünmədən eyni məqsəd üçün vuruşmağınızdır.
- Meydançada komanda yoldaşlarını cəsarətləndirməklə yanaşı, onlarla zarafatlaşmağı da unutmursan...
- Mən meydançada komanda yoldaşlarımla zarafatlaşmağı, əylənməyi sevirəm. Amma nizam-intizam çərçivəsi daxilində. Qol sevincini də heç kimin xətrinə dəyməyəcək ölçüdə yaşamağa çalışıram.
- Ölkəndə sənin adına bir mükafat var: “Harri Kyuell adına ilin ən gənc futbolçusu mükafatı”...
- Bu mükafatı mənim adıma təşkil etdiklərini eşidəndə çox qürurlandım və özümü xüsusi insan kimi hiss etdim. Görünür, futbol həyatımda düzgün hərəkətlərim daha çox olub. Futbol sayəsində külli miqdarda pul qazana, məşhur olub əla həyat tərzi yaşaya bilərsiniz. Amma futbol nankordur. 8-10 il yüksək səviyyədə oynaya bilirsən. Bu müddət ərzində maddiyyatla yanaşı, başqa şeylər də qazanmaq lazımdır.
- Türkiyəli futbolçular haqqında nə düşünürsən?
- Hamısını çox yaxşı tanımıram. ümumi rəy bildirmək lazımdırsa, deyə bilərəm ki, buradakı oyunçular texnikalı olurlar. Ən yüksək səviyyədə oynaya biləcək oyunçular var. Amma bunun üçün İngiltərə, İspaniya, İtaliya kimi ölkələrə getməlidirlər. Məsələn, Əmrə Belözoğlu A seriyasında və Premyer Liqadakı çıxışı ilə ən yüksək səviyyədə çıxış edə biləcək oyunçu olduğunu göstərdi.
- Arda Turan da onlardan biridir?
- Arda karyerasının dönüm nöqtəsindədir. Bircə onu deyə biləm: Əgər özünü ən güclülərlə müqayisə etmək və onların arasında olmaq istəyirsənsə, oralara getməlisən. İngiltərə, İtaliya və ya İspaniyada gücünü sınamalısan.
- Türkiyədə hamı İngiltərə çempionatının heyranıdır. Bəs Türkiyə çempionatının yüksəlməsi üçün nələr etmək lazımdır?
- Premyer Liqa dünyada ən çox izlənilən çempionatdır. Hansı ölkədə olursunuz olun, nə qədər böyük bir turnir təşkil edirsiniz edin, İngiltərə futbolun qəlbidir. Ora ayrı bir dünyadır. Amma bu o demək deyil ki, siz də yüksək səviyyəli turnir təşkil edə bilməzsiniz. Məsələn, orada “Mançester Yunayted” - “Liverpul” derbisi varsa, sizdə də dünyanın ən böyük derbilərindən sayılan “Qalatasaray” - “Fənərbaxça” derbisi var. Bundan yararlanmaq, yüksək səviyyədə reklam etmək lazımdır.
- Türkiyədə ən çox nələrdən xoşun gəlir?
- Paxlavadan ötrü ölürəm. Paxlava görəndə dayana bilmirəm. ümumiyyətlə, türk yeməkləri o qədər ləzzətli olur ki, kökəlməmək üçün ehtiyatlı olmalısınız. İstanbul fantastik şəhərdir. İstanbulda bəyənmədiyim tək şey sürücülərin çılğın olması və tıxaclardır.

Mənbə: "Çempion" qəzeti




Oxunub: 463 dəfə.  Şərhlər: 3
Bu xəbərə fikir bildir və ya şərhlərə bax

Flaş xəbər

  • 16.08.2009 [01:16] Bütün "Qalatasaray"lıların nəzərinə!

Aktual

Ceyhun Əzizli: «Avrokuboklarda təşkilatçılar aşağı səviyyədədi» - MÜSAHİBƏ

Son dəqiqə

  • 30.07.2010 [11:45] Emin Quliyev də Zaqatalaya gedir
  • 28.07.2010 [14:11] «Qalatasaray»ın yeni formaları təqdim olundu - FOTOLAR
  • 28.07.2010 [14:10] Ruslan Əmircanov: "İstənilən halda, rəqabətə hazıram"
  • 28.07.2010 [13:35] "Tsxadadze ilə çalışdığım bir ili itirilmiş hesab edirəm"
  • 28.07.2010 [12:37] "Xəzər Lənkəran"ın qapıçısı "Simurq"da
  • 27.07.2010 [21:52] Haldun Üstünel "Qalatasaray"dan getdi
  • 27.07.2010 [19:33] Ali Sami Yenin ölümündən 59 il ötür
  • 27.07.2010 [17:12] Rəsmi xəbər: Yan Polak "Qalatasaray"da
  • 26.07.2010 [19:13] Hadise İlqar Qurbanov üçün oxuyacaq
  • 26.07.2010 [19:10] "Fənərbaxça"nın prezidenti şübhəli şəxs qismində ifadə verdi
  • 26.07.2010 [19:08] "Bakı" rəhbərliyi tam tərkibdə istefa verdi
  • 26.07.2010 [19:06] "Qarabağ" Rubinsi sifariş etdi
  • 26.07.2010 [19:04] Rəhman Hacıyev "Altay"da debüt etdi
  • 26.07.2010 [19:02] Mirça Rednik 4 futbolçuya qapını göstərdi
  • 26.07.2010 [19:00] İngiltərə və Qana yığmasının üzvləri "Qəbələ"də
  • 23.07.2010 [18:01] "Qalatasaray"dan Ben Arfa bombası
  • 23.07.2010 [18:00] Samir Əliyev "Simurq"da oynayacaq
  • 22.07.2010 [14:40] Azarkeşlər "Qalatasaray"ın oyunçularına hücum etdi
  • 22.07.2010 [14:34] Rubins rəsmən «Qarabağ»da
  • 22.07.2010 [14:27] Flavinyo "Neftçi"də oynayacaq
  • 22.07.2010 [14:20] "Qalatasaray" Almaniyada "Fənərbaxça"ya yenildi
  • 21.07.2010 [14:06] «UltrAslan-Azərbaycan»dan «Qarabağ»a dəstək - FOTOLAR
  • 17.07.2010 [17:48] Ceyhun Əzizli: «Avrokuboklarda təşkilatçılar aşağı səviyyədədi» - MÜSAHİBƏ
  • 17.07.2010 [15:50] Aziz Yıldırım TFF-nin toplantısında dava saldı
  • 17.07.2010 [15:48] "Qalatasaray"dan "Qleb sürprizi"
  • 17.07.2010 [15:26] "Cim-Bom" üçün kamerunlu "Maestro"
  • 17.07.2010 [15:19] "Qarabağ"a dəstək olaq!
  • 14.07.2010 [17:34] Rəsmi xəbər: «Qalatasaray» Podolskiyə təklik göndərib
  • 14.07.2010 [17:30] Britaniyalılar "Qarabağ"a problem yaratdı
  • 14.07.2010 [17:25] "Qalatasaray"ın istədiyi futbolçu "Red Bulls"a gedir?
  • 13.07.2010 [15:49] "Bank Asiya"da daha bir azərbaycanlı futbolçu
  • 13.07.2010 [15:40] Zaur Tağızadə Sadıq Sadıqovla görüşdü
  • 12.07.2010 [19:19] "UltrAslan-Azərbaycan" "Bakı"nı dəstəkləyəcək
  • 12.07.2010 [16:50] "Neftçi"ni erməni klubu adlandıran Belçika saytı üzr istədi
  • 12.07.2010 [16:46] Rodriqo Tello "Qalatasaray"da?
  • 12.07.2010 [16:43] Dünya futbolunun yeni kralı: İSPANİYA
  • 12.07.2010 [16:40] «Qalatasaray»dan «bomba» transfer: RONALDİNYO! - VİDEO
  • 11.07.2010 [14:52] Gəlin "Bakı"ya dəstək olaq!
  • 09.07.2010 [17:15] «Qalatasaray» «Fənərbaxça»dan necə intiqam alacaq? - FOTOLAR
  • 08.07.2010 [17:09] Kyuell "Qalatasaray"da qalacaq?
  • 08.07.2010 [17:07] Mircavadov Kamran Ağayevə əvəzləyici tapdı
  • 08.07.2010 [17:05] "Üstünelin istefası doğru qərar deyildi"
  • 08.07.2010 [17:03] "Bakı" Bundesliqadan 2,5 milyon avroluq futbolçu alır
  • 08.07.2010 [17:00] "Qalatasaray" 5 əcnəbi futbolçu alacaq
  • 07.07.2010 [15:14] Diniyar Bilyaletdinov: "Araz Abdullayev mənə zəng etsin"
  • 07.07.2010 [15:06] Rumınlar "Neftçi"ni darmadağın etdi
  • 07.07.2010 [15:00] CimBom.Az-ın informasiyası təsdiqləndi
  • 06.07.2010 [18:48] "Azərbaycan futbolu naminə - hamı stadiona!"
  • 06.07.2010 [18:45] "Qalatasaray" Keytanı satdı
  • 06.07.2010 [18:43] «Xəzər Lənkəran»ın forvardı «İnter»də
Layihənin rəhbəri: Zahir Əzəmət
Baş redaktoru: Əli Sahib
Anar Ağayarovun istehsalı.
© Copyright 2007 Fanat.az